Şadlıq evinin qarşısında bıçaqlanma

8 May 2018 09:45 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.

1991-ci il təvəllüdlü İsmayılzadə Elvin Məmmədcan oğlu "Yeganə" şadlıq evinin qarşısında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı ona 4 bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AzNews.az