Bu aktrisa uşaqlarını ac saxlayır

15 Mart 2013 16:05 (UTC+04:00)
Amerikalı aktrisa Qvinez Paltronun uşaqlarına çörək, düyü və makaronu qadağan etməsi mübahisələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, illərdir karbohidrat qəbul etməyən və uşaqlarının da buna qarşı həssas olduqlarını bilirən aktrisa "Ac da qalsanız bu qidaları yeməyəcəksiniz" deyib.

Paltronun bu iddiasına qidalanma mövzusunda mütəxəssis olan Cenit Cekson belə cavab verib:

"O yaşda uşaqların hər növ qidaya ehtiyacları var. Bu, çox səhv hərəkətdir".

Qeyd edək ki, aktrisanın qızı Əpl səkkiz, oğlu Moses isə altı yaşındadır.