Videosu yayılan müdir işindən kənarlaşdırıldı

8 May 2018 12:10 (UTC+04:00)

Səhiyyə Nazirliyi 1 saylı körpələr evinin müdiri Nəhayət Əliyevanın işdən çıxarılmasını təqdiqləyib.


AzNews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, baş həkim işdən çıxarılıb və onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir: “Baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənar qalacaq”.


"Ola bilərmi ki, araşdırmalar zamanı baş həkimin təqsirli olduğu sübut edilməsin və o, yenidən vəzifəsinə bərpa edilsin?" sualına isə S.Əhmədova cavab verib ki, araşdırma zamanı hər şey ola bilər.