Nikol Paşinyan baş nazir seçildi

8 May 2018 13:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib. Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Səsvermə zamanı 59 deputat N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.