Bakıda heyvan oğruları peyda olub

8 May 2018 14:29 (UTC+04:00)

“Ölkə.Az”ın xəbərinə görə, Şağan qəsəbəsində Vahid Abdullayevin həyətindən 5 baş qoyun oğurlanıb. Bu barədə zərərçəkən Xəzər RPİ-nin 1-ci polis bölməsinə məlumat verib.

Digər oxşar oğurluq faktı isə Xocahəsən qəsəbəsində qeydə alınıb. Belə ki, Rəşad Nuriyevin həyətindən 50 ədəd toyuq oğurlanıb. Toyuq oğurluğu ilə bağlı Binəqədi RPİ-nin 40-cı polis bölməsi tərəfindən təhqiqat araşdımalarına başlanılıb.

AzNews.az