Rauf Talışinski ilə vida mərasimi sabah olacaq

8 May 2018 14:44 (UTC+04:00)

Bu barədə APA-ya Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məlumat verib.

Mətbuat Şurasının sədri qeyd edib ki, vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.

R. Talışınski evdə tək olub. Meyitin ilkin ekspertizasının nəticəsi olaraq R.Talışinskinin ürəyin kardioskleroz, ateroskleroz, beyində insult əlamətləri aşkar edilib.

Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.

Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.

AzNews.az