İsmayıllı sakini güllələndi

8 May 2018 15:11 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Hacıhətəmli kənd sakini, 1990-cı il təvəllüdlü Dadaşov Ənvər Kamal oğlu tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən ağır xəsarətlər alıb.

O, təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu güllələyən şəxsin həmkəndlisi Rəhimov Maqsud Əhməd oğlu olduğu məlum olub və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az