2 Azərbaycan vətəndaşı saxlanılıb - Gürcüstanda

8 May 2018 15:13 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində 1969-cu təvəllüdlü S.E. və 1982-ci il təvəllüdlü P.Ş. adlı Azərbaycan vətəndaşları saxlanılıb: “Onların maşınında axtarış zamanı 1400 ədəd “suboksin” həbi aşkarlanıb”.

Gürcüstan DİN faktla bağlı istintaq aparır. Saxlanılan şəxsləri 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

AzNews.az