"Paşinyan açıq-aydın Qərb lobbisinin havadarıdır" - Rusiyalı politoloq

8 May 2018 18:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu "Report"a rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, N.Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək: "O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir".

Ermənistanın yeni seçilmiş baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyindən danışan Y.Mixaylov N.Paşinyanın anlaşılmaz məqsədlər güdəcəyini əlavə edib: "Ermənistan Paşinyanın rəhbərliyi ilə Qarabağdakı vəziyyəti gərginləşdirərsə, bu, Azərbaycanın xeyrinə olacaq. Çünki Rusiya artıq Ermənistanı fəal müdafiə etməyəcək və Azərbaycan da torpaqlarını geri qaytara biləcək".