"Şou-biznesin dovğası yox, "Şah" plovuyam" - Xalq artisti

8 May 2018 21:10 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev verilişlərin birində deyib. Öz açıqlamasında müğənni şou əhlini yeməklərə bənzədib:

“Mən dovğa sevirəm. Qazan-qazan yeyərəm. Təsəvvür edin, qarşınızda bir boşqab dovğa var. Kimsə gəlir ora iki qaşıq bal qatır. Bal dadlıdır, şirindir. Amma yeri deyil axı. İndikilər özünü bal sayır deyə, biz də dovğa deyilik. Biz "Şah" plovuq.

Beyin və ürək üçün oxuyan müğənni ayaq üçün oxuyanlarla eyni rəfdə olmur. Şou-biznesdən o qədərləri gəlib-getdi ki... Deyirlər, klipə filan qədər pul xərclədim, ayaqqabıya bu pulu ödədim, ən bahalı maşını aldım. Nə olsun? 5 minlik paltarın var, dünya şöhrətli müğənni oldun? Axı ola bilmədin. Şou-biznesdə nə əşyaçılıq sevdasıdır bilmirəm”.