Tovuzda 8 yaşlı uşaq ağır xəsarət aldı - Səbəb

8 May 2018 21:17 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 7-də axşam saatlarında baş verib.

Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Rüstəmov Ayxan Araz oğlu Tovuz rayonu ərazisində ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Xəstəyə "Qarın boşluğunun hemotoması" diaqnozu qoyulub. Uşağın ailə üzvləri onun yıxılaraq xəsarət aldığını bildiriblər.

Yaralının vəziyyəti ağır olduğundan, o təcili olaraq Bakıdakı xəstəxanalardan birinə köçürülüb.