Cəlilabadda qadın ürəyindən bıçaqlandı

8 May 2018 22:48 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, 53 yaşlı Səmayə Əliyeva bıçaq xəsarəti ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Aparılan müayinələr zamanı S.Əliyevanın ürək nahiyəsindən bıçaqlandığı məlum olub.

Yaralı dərhal cərrahiyə şöbəsində əməliyyata götürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil.