Türkiyədə bir ilk - Körpələr...

9 May 2018 11:36 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyədə ilk dəfə tətbiq olunan sistem Amerikada 'Səhiyyədə Ən Yaxşı Radio tezliyi ilə Təyin etmə Texnologiyası Həlli' mükafatına layiq görülüb.

Adanada tətbiq olunmağa başlanan Çəhrayı Kod İzləmə Sistemi ilə yeni doğulan körpələr və analarının qoluna bilərziklər taxılır. Körpə əgər otaqdan çıxarılarsa anında ananın bilək kəmərində olan hərəkət sensorları aktivləşdirilir və həyəcan siqnalları işə düşür, xidmət qapıları avtomatik olaraq kilidlənir, təhlükəsizlik qüvvələrinə təhlükəsizlik kodları göndərilir, elə bu zaman onlar həyəcan siqnalları istiqamətinə göndərilir.

Ananın bütün məlumatlarını özündə yerləşdirən çəhrayı biləklik yaşıl çihaza yerləşdirilir. Onu içərisində körpələri izləmək üçün sistem var. O da uşağın qoluna, yaxud ayaq biləyinə taxılır.