Daha bir klub Premyer Liqanı tərk etdi

9 May 2018 12:50 (UTC+04:00)

Bu, "Vest Bromviç"dir.

Premyer Liqanın 31-ci turundan təxirə salınmış "Suonsi" - "Sauthempton" matçı "Vest Bromviç"in taleyini həll edib. Belə ki, qonaqların 1:0 qalib gəlməsi 19-cu pillədə qərarlaşan "Vest Bromviç"in Çempionşipə yuvarlanmasını rəsmiləşdirib. "Sauthempton" isə təhlükəli zonadan uzaqlaşaraq 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, daha əvvəl "Stok Siti"nin Premyer Liqanı tərk etdiyi dəqiqləşmişdi. (qol.az)

AzNews.az