Ər-Riyadda partlayış səsləri

9 May 2018 13:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Səudiyyə rəsmiləri partlayış səsi barədə hələ açıqlama verməyiblər.

Əl-Ərəbiyə televiziyası paytaxt Ər-Riyada atılan bir raketin məhv edildiyini açıqlayıb.

Son bir neçə ay ərzində Səudiyyə Ərəbistanının müxtəlif yerlərində Yəmən mərkəzli Husi üsyançıları tərəfindən raket hücumları həyata keçirilib.