Amerikalı məhbuslar sərbəst buraxıldı

9 May 2018 17:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Twitter hesabından xarici işlər naziri Mayk Pompeonun Şimali Koreyaya etdiyi səfərin ilk nəticəsini açıqlayıb. Tramp Şimali Koreyada saxlanılan üç ABŞ vətəndaşının sərbəst buraxıldığını bəyan edib.

Sərbəst buraxılanların sağlamlıq vəziyyətinin yaxşı olduğunu ifadə edən Tramp hal-hazırda üçünün də Pompeo ilə Şimali Koreyadan döndüyünü söyləyib.

Xarici işlər naziri Pompeo paytaxt Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə bir araya gəlib.