Moskvada Bakının neft qülləsinə abidə qoyuldu

9 May 2018 19:14 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb.

Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.

1941-ci ildə SSRİ-də 33 milyon ton neft çıxarılıb ki, bunun da 23,5 milyon tonu Azərbaycan tərəfindən istehsal edilib.

"Neft qülləsi" abidəsinin açılışının təşəbbüskarı Moskva vilayətindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətidir.