Şamaxıda taksi sürücüləri arasında bıçaqlanma oldu - Səbəb: Müştəri götürmək üstündə...

9 May 2018 20:35 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.

Belə ki, Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşqul olan, rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürcüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürcüsü M.Salahovu bıçaqlayıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan bildirilib ki, M.Salahov bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətləri ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.