Şimali Koreya ABŞ vətəndaşlarını azad etdi - Fotolar

9 May 2018 22:28 (UTC+04:00)

AzNews.az Dünya mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

D.Tramp 3 amerikalının Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər edib.

Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-Çul, Kim Sanq-Duk və Kim Hak-Sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı.