İsrail qırıcıları Suriya ordusunun mövqelərini bombaladı

10 May 2018 09:04 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi “Əl-Mayədin” telekanalına istinadən xəbər verib.

Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub.

İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

AzNews.az