Zakir Həsənov Türkiyədə keçirilən beynəlxalq təlimləri müşahidə etdi

10 May 2018 09:33 (UTC+04:00)

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

AzNews.az