Rusiyada kabab çəkmək qadağan edilir - Səbəbi açıqlandı

10 May 2018 10:25 (UTC+04:00)

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Vladimir Puçkov fərman imzalayıb.

Fərmana əsasən, çempionat ərəfəsində tonqal qalanması, piknik zamanı kabab çəkilməsi, zibillərin yandırılması qadağan edilir. Meşə gözətçiləri, yanğınsöndürənlər və könüllülər qaydaların pozulmaması üçün lazımi yerlərdə keşik çəkəcəklər.

Qaydaları pozan vətəndaşlar 2 - 4,5 min rubl, fiziki şəxslər 15-40 min rubl, hüquqi şəxslər isə 200-500 min rubl cərimələnəcəklər.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 14 iyun-15 iyul tarixində Rusiyanın 11 şəhərində keçiriləcək.

AzNews.az