Prezident İlham Əliyev və xanımı ağacəkmə aksiyasında iştirak ediblər - Fotolar

10 May 2018 10:55 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev salınan yaşıllıqlar barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkdilər.

Dövlətimizin başçısı və birinci xanım ağacəkmə kampaniyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdirdilər.

AzNews.az