“Gənclik Mall”dan bahalı paltar oğurlandı

10 May 2018 11:21 (UTC+04:00)

DİN xəbər verir ki, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

​Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.

AzNews.az