“Tufan” Xəzər dənizində xidməti döyüş fəaliyyətinə başladı

10 May 2018 11:54 (UTC+04:00)

DSX-nin Mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­sılatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mü­hüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xidməti döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Azərbaycan Dövlət Sərhəd Xid­mə­tinin yara­dı­cısı, Azər­baycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Ön­dər Hey­dər Əli­yevin 95 illik yu­bileyinə təsadüf etməsi bu günü daha da əla­mətdar edib.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb.

AzNews.az