Almaniyada hicablı müəllim işdən çıxarıldı

10 May 2018 12:22 (UTC+04:00)

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, bu səbəbdən o, Berlin əyalətində dərs keçdiyi məktəbi məhkəməyə verib. Ancaq hakim Eymi Boyer məktəblərə dini simvolların daşınmasını qadağan edən “Tərəfsizlik qanunu”na əsasən, müəllimin şikayətini rədd edib.

O, məktəb rəhbərliyinin qanunauyğun addım atdığını bildirərək hicablı müəllimi dərs keçə biləcəyi başqa bir məktəbə göndərib.

AzNews.az