“Xəzərin hüquqi statusuna dair konvensiya bu ilin avqustunda Astanada imzalana bilər”

10 May 2018 13:36 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Nazir müavini qeyd edib ki, Astanada Xəzərin hüquqi statusu haqda konvensiya imzalana bilər.

O vurğulayıb ki, Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması regionda stabilliyə xidmət edəcək.

AzNews.az