Arvadını bıçaqla qətlə yetirdi

10 May 2018 13:54 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, Kəlbəcər rayonundan olan məcburi köçkün, Göygöl rayonunda məskunlaşan 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayevanı bıçaqlayaraq öldürüb.

Hadisə yerindən qaçan F. Ələsgərovun tapılması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az