Son 5 ildə dövlət büdcəsinə 53,6 milyon manat vəsait bərpa edilib

10 May 2018 14:04 (UTC+04:00)

"APA-Economics"in məlumatına görə, bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında" adlı hesabatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, hesabat ilində yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı illə müqayisədə 50% çox vəsait bərpa edilib. “Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur,” – deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib.

AzNews.az