ABŞ-ın benzin və neft ehtiyatları azaldı

10 May 2018 14:27 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 200 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 6,2 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 700 min barrel (0,1 faiz) azalaraq 663,6 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 2,2 milyon barrel (0,9 faiz) azalaraq 235, milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 400 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barrel artmışdı.

AzNews.az