Türkiyədə 1300 metr dərinlikdə neft aşkarlandı - İlk dəfə

10 May 2018 15:23 (UTC+04:00)

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, kəşfiyyat işi Türkiyənin TPAO şirkəti tərəfindən aparılıb.

Məlumata görə, Heybəli kəndində axtarış-kəşfiyyat işləri iki ay əvvəl başlanılıb. Quyuya “Herent-2” adı verilib.

TPAO ərazidən gündəlik 27 min barel neft hasilatının mümkün olacağını açıqlayıb.

AzNews.az