Avstraliyanın ən yaşlı alimi evtanaziya ilə öldü

10 May 2018 16:50 (UTC+04:00)

"Report" Avstraliyanın ABC telekanalına istinadən xəbər verir ki, evtanaziya etməmişdən əvvəl o, jurnalistləri toplayaraq mətbuat konfransı keçirib.

D.Qudell ölümü gözləməkdən yorulduğunu və insanın ölüm vaxtını seçməkdə sərbəst olmasının zəruriliyini bildirib: "Son 6 ildir kor olmuşam, artıq həyatımı davam etdirmək istəmirəm və onu başa vurmaq şansım olduğuna görə də xoşbəxtəm".

Qeyd edək ki, Avstraliyada insanın ölümcül xəstəlikdən əziyyət çəkməsi halı istisna olmaqla, evtanaziya proseduru qadağandır. Bu səbəbdən könüllülər D.Qudellin İsveçrəyə gedib evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıblar.

Əlavə edək ki, D.Qudell ekologiya və botanika sahəsində çalışıb. O, yüzdən çox elmi məqalənin müəllifidir. Son 20 ildə o, Avstraliyada evtanaziyanın qanuniləşdirilməsi üçün fəal şəkildə mübarizə aparıb.

AzNews.az