Azərbaycan XİN Paşinyanın bəyanatına münasibət bildirdi

10 May 2018 17:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakını təklif etmək düzgün deyil.

"Artıq danışıqlar formatı təsdiqlənib. ATƏT çərçivəsində format bəyan olunub. Danışıqlarda münaqişə tərəfi kimi Ermənistan və Azərbaycan, vasitəçi kimi Fransa, ABŞ və Rusiya iştirak edir. Biz inanırıq ki danışıqlar bu formatda da davam etdirilməlidir.

Torpaqlarımızın tezliklə işğaldan azad olunması bir nömrəli məsələ kimi danışıqların mövzusu olacaq. Əvvəllər də belə cəhdlər olub. Lakin bu, real deyil, cəfəngiyatdır, danışıqlar prosesinə uyğun gəlmir. Dağlıq Qarabağ işğal olunmuş Azərbaycan ərazisidir və müzakirə predmeti deyil", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu bəyanatla Ermənistanın yeni baş naziri Nikol Paşinyan çıxış edib.