Baş redaktor və müavini məhkəmə zalından azadlığa buraxıldı

10 May 2018 17:45 (UTC+04:00)

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev və Hikmət Nəcəfli barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. S. Əliyev və H. Nəcəfli məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Sevinc Məmmədsalayevə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər M. Abbasov, İlahə Qasımova və Gülbəniz Əliyeva barəsində də şərti cəza seçilib.

AzNews.az