Sumqayıtda 9 yaşlı uşağı avtomobil vuraraq hadisə yeridən qaçdı

10 May 2018 18:23 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə şəhərin 8-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Yusif Elçin oğlu Əkbərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Yeniyetmə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.