Putin hokkeydə - Rus lider bombardir oldu (Fotolar)

10 May 2018 20:50 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 1 nömrə ilə çıxış edən Putin rəqib komandanın 5 şayba vuraraq komandasının bomabardiri olub.

Gecə Hokkey Liqasının yığmasına qarşı keçirilən matçda Rusiyanın müdafiə naziri Serqey Şoyqu onunla komanda yoldaşı olub.

Həmçinin Olimpiya çempionları Vyaçeslav Fetisov, Aleksey Kasatonov, Valeriy Kamenskiy və Tulanın meri Aleksey Dyumin də prezidentin komandasında çıxış ediblər.

Hesab prezidentin komandasının 12:7 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rusiyanın Gecə Hokkey Liqasında ilk qala-matç 2012-ci ildə keçirilib.