AzNews.az-a ANAMA-dan verilən məlumata görə, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə qeyd olunan ərazidə Bəhramtəpə-Ağcabədi magistral yolunun kənarına baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.