Papanı rahib edən sevgilisi tapıldı

16 Mart 2013 08:34 (UTC+04:00)


Bu arada 76 yaşlı Papa Françeskonun uşaqlıq eşqi tapılıb. Amalya Damonte adlı 74 yaşlı qadın uşaqlıq sevgisinin Papa seçilməsini həyəcanla qarşıladığını deyib.

Damonte uşaqlıq sevgisindən danışarkən "12 ya da 13 yaşında idi. 1948 ya da 1949-cu ildə mənə göndərdiyi bir məktubda evlənəcəyimizi, mənə ağ ev alacağını, orada yaşayacağımızı yazmışdı. Əgər mənə "hə" deməsən rahib olacağam" deyirdi. Şanslı adammış ki, mən ona xeyr dedim" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az