Sahil Babayevin 8 müşaviri olacaq - Yeni qərar

11 May 2018 10:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin qərarı ilə ƏƏSMN-də 8 müşavir postu yaradılıb. Məlumata görə artıq həmin müşavir postlarının bəzilərinə təyinatlar da olub.

Bu vaxta qədər nazirlikdə nazirin 4 müavini və 1 müşaviri vəzifəsi mövcud olub. Müşavir vəzifəsini isə Yalçın Müslümov tutub.