Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək - Sabirabadda

11 May 2018 14:02 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nazir, Sabirabad, Saatlı, Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.