Sahil Babayev nazirliyə yeni Aparat rəhbəri gətirdi

11 May 2018 14:31 (UTC+04:00)

"Report"un xəbərinə görə, yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası da Anar Əliyevə tapşırılıb.

Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsilə işdən çıxmışdı.

AzNews.az