AzNews.az xəbər verir ki, Yaponiyanın Liberal Demokrat Partiyasından olan deputat Kanji Kato yapon qadınlara müraciət edib. O, müraciətində yapon uşaqların sayının getdikcə azalmasından, əhalinin yaşlı təbəqəsinin getdikcə artmasından dərin narahatlığını ifadə edib. Deputat bildirib ki, hər bir yapon ailəsində ən azı 3 uşaq böyüməlidir. Subay qadınların evlənmələrinin vacib olduğunu vurğulayan deputat əks halda onların uşaq sahibi ola bilməyəcəyini deyib.
Qeyd edək ki, Yaponiyada 37 ildir ki, doğulan uşaqların sayında azalma davam edir.