“Həmin məhsulların yararlı olub-olmaması...”

11 May 2018 16:34 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək.

Q.Təhməzli vurğulayıb ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək: "Agentlik isə həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".

AzNews.az