Peru lideri İlham Əliyevə məktub göndərdi - Foto

11 May 2018 20:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Peru ilə Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi, ticari əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".