Azercell Eksklüziv mağazalarında Lenovo planşeti al, hədiyyələr qazan!

11 May 2018 23:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kampaniya çərçivəsində məhz Azercell Eksklüziv Mağazalarında Lenovo markalı planşeti alan hər bir müştəri 6 ay müddətinə Limitsiz İnternet paketini cəmi 15 AZN qiymətinə əldə etmək imkanından faydalanacaq. Üstəlik, hər bir kampaniya iştirakçısına 1 ədəd Azercell Premium aksessuar hədiyyə təqdim olunur.

Kampaniyada təqdim olunan Lenovo planşet modelləri:

Lenovo TAB3 710L 16GB – 206 AZN

Lenovo TAB4 7304 16GB – 209 AZN

Lenovo YTAB3 850 16GB – 359 AZN

Lenovo YTAB3 X50 16GB – 499 AZN

Onu da bildirək ki, kampaniya planşetlərinə Azercell-in rəsmi tərəfdaşı və Lenovo-nun Azərbaycanda rəsmi distribütoru Inteqral şirkəti tərəfindən 1 il zəmanət təqdim olunur.

Kampaniyada yalnız Azercell Eksklüziv mağazalarında Lenovo planşetləri əldə edən abunəçilər iştirak edə bilər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) və Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) abunəçilərin ixtiyarına verilib.