Bakıda 3 otaqlı mənzil yanıb

12 May 2018 09:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin mətbəxində ev əşyası və məişət texnikası yanıb, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 30 m2 sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb