Yasamalda yaşlı kişi boğazını kəsərək intihara cəhd edib

12 May 2018 09:44 (UTC+04:00)

“Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev bıçaqla boğaz və sol döş qəfəsi nahiyələrinə xəsarət yetirərək özünü öldürmək istəyib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşlarına izahatında özünü bıçaqlamaqla intihara cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.