Toyda dava: 23 yaşlı oğlan bıçaqlandı

16 Mart 2013 09:53 (UTC+04:00)


Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə Komsomol dairəsinin yaxınlığında 1990-cı il təvəllüdlü Həsənov Əjdər Zahid oğlu bıçaqlanaraq öldürülüb.

Hadisənin dəqiq yeri hələ müəyyən edilməyib. İlkin məlumata görə, qətl Ə.Həsənovun iştirak etdiyi toy məclisindən sonra baş verib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri aparılır.

AzNews.az