Bu barədə “Report”a layihənin icraçısı olan “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib.
O bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.
A.Əhmədovun sözlərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.
Qeyd edək ki, mayın 13-də keçiriləcək “Bakı Marafonu - 2018” saat 10:00-da start götürəcək.