Pirdə ibadət edən Gəncə sakini qarət olundu

16 Mart 2013 09:58 (UTC+04:00)
Bakıda pirlərdən birində oğurluq hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə "Nardaran Piri"ndə qeydə alınıb.

Adıçəkilən pirdə ibadətlə məşğul olan, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Nadir Yusifovun gödəkcəsinin cibindən 8 min manat pul oğurlanıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda oğurluq hadisəsinin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, N. Yusifov Gəncədən Bakıya övladını müalicə etdirmək üçün gəlib və "Nardaran Piri"nə xəstə övladına şəfa diləmək üçün gedibmiş.

AzNews.az